Qədim dövrlərdə Mars və Yupiter arasında bir planet olub.
“Ölkə.Az” xəbər verir ki, kataklizm nəticəsində bu planet parçalara ayrılıb. Hazırda onun keçmiş orbitinin yerində asteroidlər qurşağı yerləşir. Bu kosmik faciə barədə qədim xalqların əfsanələrində məlumat var. Bir sıra alim, ufoloq, ezoterik və yazıçının fikrinə əsasən, Faeton planetində yüksək inkişaf etmiş sivilizasiya olub.
Asteroid ovu
Qədim dövrlərdə astronomlar da Mars və Yupiter orbitləri arasında böyük məsafə olduğuna diqqət yetirmişdilər. Hesablamalara əsasən, orada başqa bir planet də ola bilərdi. XVII əsrdə İohan Kepler bu hipotezi irəli sürdü. 100 il sonra isə alman astronomları İohan Daniel və İohan Elert Günəş sistemində planetlərin düzülüşünün qanuna uyğunluğunu kəşf etdilər və onların hər birindən Günəşə olan məsafəni asanlıqla hesabladılar. Bu hesablamalar nəticəsində Mars və Yupiter arasında başqa bir planetin olduğu üzə çıxıb. Bir çox alimlər bu asteroidi axtarmağa başladılar.
1801-ci ildə isə Yeni il gecəsi İtaliyanın Palermo şəhərindəki rəsədxanada Cüzeppe Piassi təsadüfən bu planeti kəşf etdi. Serera adlı bu səma cismi Titsius və Bodenin qaydasına uyğun olaraq orbitdə hərəkət edirdi.
Amma bu səma cismi digər planetlərdən çox kiçik olduğu üçün onu planet adlandırmaq gülünc idi. Bir il sonra astronom Henri Vilhelm Olbers Günəşdən 2.8 astronomik vahid uzaqlıqda Pallada səma cismini kəşf etdi. Sonradan Yunona, Vesta və Astreya da kəşf edildi. Bu zaman alimlər başa düşdülər ki, Mars və Yupiter arasında çoxlu planet-asteroid var.
XX əsrdə onların sayı 300 olsa da, 2011-ci ildə artıq elmə 285 min belə planet-asteroid məlumdur. Onlardan cəmi 19 mininə ad verilib.
Bütün bu “kosmik zibil” Mars və Yupiter arasında dövr edir.
Faeton necə məhv olub?
Hansı qüvvə Faeton planetini məhv edib? Henri Olbers iddia edir ki, beşinci planet dəyişkən cazibə qüvvəsi olan orbitdə yerləşib və eyni zamanda Yupiter və Günəşin cazibə qurşağına düşüb. Bu isə onu parçalara ayırıb.
Yazıçı Anatoliy Mitrofanov bu versiya üzərində işləyərək bildirib ki, Faeton planetinin sakinləri yüksək səviyyədə inkişaf etmişdilər. Onlar vulkan fəaliyyəti ilə maraqlanırdılar. Bu vulkan isə planetin qeyri-stabil nüvəsindən Yupiterin cazibə qüvvəsi sayəsində çıxırdı. Bu maraq planeti məhv etdi.
Geoloq İqor Ryazanovun fikrinə əsasən, Günəş sistemi yarandıqdan 500-600 milyon il sonra Ay ölçüdə olan bir səma cismi uzaq kosmosdan gələrək Faeton planeti ilə toqquşdu. Bu toqquşma nəticəsində planet çoxsaylı asteroidlərə bölündü.
Digər alimlər isə planetin nüvə müharibəsi nəticəsində məhv olduğunu bildirib. Mars və Yerdə ekspedisiya koloniyaları yaradanlar sağ qala bildi.
Başqa bir versiyaya görə Faeton sivilizasiyası Marsdakı sivilizasiya ilə müharibə aparıb. Çoxsaylı nüvə zərbələrindən sonra Marsda həyat məhv olub. Faeton isə tamamilə dağılıb. Marsda həyatın məhv olmasını kosmosdan endirilən iki güclü nüvə zərbəsi ilə əlaqələndirən məşhur astro fizik Con Branderburq da bu versiyanı dəstəkləyir.
Alim Feliks Ziqelin fikrinə görə isə, Mars, Ay və Faeton nə vaxtsa Günəşin ətrafında dövr edən üçplanetli sistem olub. Faciə Faetonu parçalayıb və asteroidlərə çevirilib. Eyni zamanda üç səma cisminin balansı pozulub. Mars və Ay Günəşə daha da yaxınlaşaraq isiniblər. Ay bütün atmosferini, Mars isə atmosferinin böyük hissəsini itirib. Sonra Ay Yerə çox yaxınlaşaraq planetimiz tərəfindən tutulub.
Bununla belə, Faeton planetinin mövcudluğunu inkar edən alimlər də çoxdur. Otto Şmidt və Lyüsi Makfadden bildirir ki, asteroidlər planetin yarandığı materiallar toplusudur. Yupiterin cazibə qüvvəsi bunların bir yerə yığılıb planetə çevrilməsinin qarşısını alır.
Başqa hipotez
Bir hipotezə əsasən milyardlarla il əvvəl bizim sistemdə cəmi iki parlaq ulduz- Yupiter və Günəş olub. Onların hər ikisi planetlərin orbitinə təsir edib.
Faeton və Mars Yupiter ulduz sisteminə aid olub. Faetonda yüksək inkişaf etmiş sivilzasiya olub. Bu sivilizasiya nüvə gücünə nalik olub və təbiətə hökm edərək Mars, yer, Venera kimi planetlərdə koloniyalar salıb. Amma sonradan Yupiterdə başlayan proses daha da inkişaf edib və Faetonun orbitinə qədər irəliləyib. Nəhəng enerji partlayışı Faetonu hissələrə ayıraraq məhv edib. Mars, Yer və Venerada bütün canlı həyat məhv olub. Bu dövrdə isə Sentavra, Sirius, Deneba, Lira sistemlərindəki planetlərdə yaşayan faetlər sağ qalıb. Kosmik faciənin izləri yatışdıqdan sonra (milyonlarla il sonra) həyat üçün Yer planeti seçilib. Ay bu planetin peykinə çevrilir. Faetlər Ayda sevimli planetlərinin nüvəsini aşkar ediblər.
Maraqlıdır ki, eramızdan əvvəl III əsrdə İskəndəriyyə kitabxanasının müdiri Apolloniy Rodius yazırdı ki, nə vaxtsa səmada Ay olmayıb. O, bu məlumatı qədim əlyazmalardan əldə etmişdi. Cənubi Afrika buşmenlərinin əfsanələrində də səmanı nə vaxtsa ancaq ulduzların aydınlatdığı yazılıb. Ayın olmaması barədə qədim maya mənbələrində də məlumat var...