Milli Məclisin deputatı Sevil Mikayılova Ermənistanın Gəncədə mülki əhaliyə qarşı terror əməli ilə bağlı “TRT World” televiziya kanalına müsahibə verib.
"İki sahil"in məlumatına görə, S.Mikayılova bildirib ki, Ermənistan silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərdə mülki vətəndaşlarımızı raket atəşinə tutur.
Deputat vurğulayıb ki, Ermənistan tərəfindən bu terror əməlinin gecə yarısı törədilməsi çoxlu sayda mülki insanın qətlə yetirilməsinə yönəlib. S.Mikayılova qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətinin bu terror əməlini pisləməli və bu cinayəti törədənlər cəzalandırılmalıdır.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq