“Sumqayıt” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qüdrət Məlikov 79 yaşında vəfat edib.
"İki sahil" xəbər verir ki, Azərbaycanın ilk mətbu orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Zərdabinin nəslindən olan Qüdrət Məlikov saysız-hesabsız publisistik yazıların və oçerklərin müəllifidir.
2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə 16 noyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib