Azərbaycan Milli Xalça Muzeyi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Tanınmış simalarla virtual tur” layihəsini davam etdirir. Muzeydən “İki sahil”ə verilən məlumata görə, layihə çərçivəsində bu dəfə muzey ekspozisiyasının II mərtəbəsində nümayiş olunan xovlu xalçalar, milli geyim, tikmə, bədii metal nümunələri və “Qarabağ otağı” ilə tanış ola bilərsiniz.
Muzeyimizə virtual turda bələdçiləriniz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova, İctimai televiziyanın “Səhər proqramları” departamentinin direktoru Könül Arifqızı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyovdur.
Muzeyin inklüziv proqramları çərçivəsində video surdo-tərcümə ilə müşayiət olunur. Virtual turun ssenari müəllifi Azərbycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək