Biz Azərbaycanın mədəni beşiyi olan Şuşaya özünün keçmiş şöhrətini geri qaytaracayıq.
"İki sahil"in məlumatına görə, bunu Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
Sosial şəbəkədə ermənilərin Bülbülün ev muzeyini dağıtdığını əks etdirən videonu paylayaşan A.Kərimov bunları qeyd edib:
"Ermənilərin Azərbaycanın məşhur opera müğənnisi Bülbülün ev muzeyinə qarşı etdikləri hərəkətlər bunlardır. Onun ev-muzeyi əvvəllər Şuşada bir mədəniyyət və sənət mərkəzi idi. Biz Qarabağ və Azərbaycanın mədəni beşiyi olan Şuşaya keçmiş şöhrətini qaytaracağıq".
"AnewZ" "Cəbhə xətti: Koreya – bir müharibə, iki həll" sənədli filmini təqdim edib
Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib