AXCP sədri Əli Kərimlinin təhqir maşınlarından biri olan Qabil Məmmədov canlı efirdə demişdi ki, əgər Prezident İlham Əliyev Qarabağı işğaldan azad etsə, qulağını kəsəcək və tayqulaq gəzəcək. Bəli, bu gün reallıq ondan ibarətdir ki, müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Ordumuz Qarabağı işğaldan azad edib. Lakin Qabil Məmmədov hələ də qulağını kəsməyib.
Qabil Məmmədov, səni gözləyirik. Buyur, qulağını kəs və tayqulaq gəz. Sözündən qaçanların necə adlandırıldığını özün yaxşı bilirsən. Əgər sözünün üstündə durmasan, həmin adı canlı efirlərində "Qabil Məmmədov" əvəzinə yazarsan. Əgər sözünün üstündə durmasan sən də daxil olmaqla, başda Əli Kərimli olmaqla bütün düşərgənin kimliyini bir daha sübut edəcəksən...