27 noyabr 2020 09:33
986

S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq

Yeni nəsil S-500 hava hücumundan müdafiə sistemləri 2021-ci ildə hazır olacaq.

"İki sahil" Trend-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Yudin deyib.

A.Yudin bildirib: "Qeyd etmək lazımdır ki, S-500 mobil hava və raket əleyhinə müdafiə sisteminin hazırlanmasının tamamlanması 2021-ci ilə planlaşdırılır".

Xatırladaq ki, daha əvvəl S-500 sisteminin elementlərinin hazır olduğu bildirilirdi.