27 noyabr 2020 10:04
692

Paşinyan: Üçtərəfli bəyanatın icrası çox ağrılıdır

Ermənistanın baş naziri Nikol Paşinyan qubernatorların iştirakı ilə iclas keçirib.

"İki sahil" azvision-a istinadən xəbər verir ki, Paşinyan ölkə daxilində vəziyyətin gərgin olduğunu etiraf edib.

“Sabitlik çox vacib və strateji məsələdir. Xarici və daxili təhlükəsizliyi, eyni zamanda sabitliyi təmin etmək ölkənin həll etməli olduğu ən böyük problemdir. İmzalanmış üçtərəfli bəyanatın icrası çox ağrılıdır. Lakin, qərar alternativin daha ağrılı ola biləcəyi vəziyyətdə qəbul edildi”, - deyə Paşinyan bildirib.