27 noyabr 2020 10:39
621

Qazaxıstanda koronavirusa yoluxanların sayı 130 minə çatır

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 813 nəfər yoluxub.

"İki sahil" trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 129 213 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 115 384 nəfəri sağalıb, 1 990 nəfəri isə vəfat edib.