03 dekabr 2020 20:59
750

“Gürcü Arzusu” parlamentdə 90 yer əldə edib

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə dair yekun protokol qəbul edib.

"İki sahil" “Report”un yerli bürosuna istinadən xəbər verir ki, sənədə əsasən, hakim Gürcü Arzusu Partiyası seçkilərdə 48,22 % səs toplayıb.

Partiya X çağırış parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 yer əldə edib.

Müxalifət partiyalarının nümayəndələri protokolu imzalamaqdan imtina ediblər.

Yeni parlamentin ilk iclası dekabrın 20-dən gec olmayaraq keçirilməlidir. İclasın tarixini prezident təyin edəcək.

Qeyd edək ki, seçkilərdə iştirak edən müxalifət partiyaları nəticələri tanımayıb və deputat mandatlarından imtina ediblər.