04 dekabr 2020 13:26
534

Luis Suares koronavirusa qalib gəldi

Futbol üzrə Uruqvay millisinin və İspaniyanın “Atletiko” klubunun hücumçusu Luis Suares koronavirusdan sağalıb.

“İki sahil”  Madrid təmsilçisinin rəsmi saytına  istinadən xəbər verir ki, təcrübəli forvardın sonuncu COVİD-19 testinin neqativ çıxdığı diqqətə çatdırılıb. O, dekabrın 4-dən etibarən komanda ilə məşqlərə başlayacaq.

Xatırladaq ki, Suares koronavirusa noyabrın 17-də Uruqvay yığmasının düşərgəsində olarkən yoluxmuşdu. Məhz bu üzdən o, UEFA Çempionlar Liqasında “Lokomotiv” (0:0) və “Bavariya” (1:1), eləcə də İspaniya çempionatında “Barselona” (1:0) və “Valensiya” ilə oyunları buraxmalı olub.