04 dekabr 2020 13:32
599

İstanbuldan ilk yük qatarı Çinə yola düşüb

İstanbuldan Çinə ilk dəfə olaraq yük qatarı yola düşüb.

“APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, qatar 12 gün ərzində 8,6 min kilometrdən çox yolu qət edəcək.