Xəzər dənizinin Rusiya sahillərində ölü suitilər aşkarlanıb.
"İki sahil" RİA Novosti-yə istinadən xəbər verir ki, Mahaçqala sahillərində 17 ölü suiti tapılıb.
Dağıstanın Təbii Sərvətlər və Ekologiya nazirinin müavini Azamat Hüseynbekov bildirib ki, suitilərin ölüm səbəbi aydınlaşdırılır.
Ehtimal olunur ki, Mahaçqala sahilləri çox çirkli olduğu üçün suitilər ölür.