Amerikalı bəstəkar və ifadçı Bob Dilan yazdığı bütün mahnıların hüquqlarını “Universal Music Publishing Group” şirkətinə satıb.
"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, B.Dilan təxminən 60 il ərzində yazılmış 600-dən çox mahnısının, həmçinin 1962-ci ilin “superhit”i “Blowin' In The Wind”in hüquqlarını satıb.
Nəşrin bildirdiyinə əsasən, şirkət 79 yaşlı bəstəkarla müqavilə üçün yüz milyonlarla dollar vəsait sərf edib.
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək