09 dekabr 2020 18:13
4044

İbad Hüseynov Milli Qəhrəman oldu

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.

Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ehtiyatda olan baş çavuş Hüseynov İbad Mövsüm oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qeyd edək ki, İbad Hüseynov birinci Qarabağ müharibəsinin də iştirakçısı olub.