Robot insan
İngiltərəli Daniel Tammet asanlıqla mürəkkəb riyazi hesablamalar aparır, mükəmməl dərəcədə 11 dil bilir. Maraqlıdır ki, onlardan üçünü bir həftə ərzində öyrənib. Həmçinin o, pi rəqəmində vergüldən sonra gələn 20-dən 500 qədər olan rəqəmləri əzbər bilir. Daniel anadangəlmə Savanta sindromundan əziyyət çəkir. Savanta sindromu və ya Savantizm qüsurlu insanların bir və ya bir neçə sahələrdə biliklərin inkişafında dahi bacarıqlar göstərmələridir. Daniel beynində çox böyük ədədlərdən ibarət yüzdən çox rəqəmlərlə əməliyyat apara bilir.
Düyməcik qız
7 yaşlı Şarlotta Garside məşhur “Düyməcik” nağılındakı obrazı xatırladır. Cəmi 4,5 kq olan qız yeni doğulan körpə ağırlığındadır. Şarlotta nadir genetik xəstəlik olan “nanizmdən” əziyyət çəkir. Bu xəstəlik bütün dünyada cəmi 100 insanda müşahidə olunur. Valideynləri Şarlottanın normal bir həyat yaşaması üçün əllərindən gələni edirlər. Fenomen qızcığaz artıq məktəbdə təhsil almağa başlayıb.
Ağrı hiss etməyən adam
Çian Meyin qeyri-adi bacarığı var. O, ağrı hiss etmir və yüksək hərarətdən qorxmur. Məsələn, Çian asanlıqla əlini qaynar yağa sala bilər. O, toyuq qrili satmaqla dolanır. Eyni zamanda əlini qaynar yağa salmaqla da şoular göstərir.
Elastik insan
Amerika vətandaşı olan Daniel Smith 5 qat Ginnes rekordsmenidir. O, öz elastikliyi ilə bütün dünyaya məşhurlaşıb. Həkimlərin sözlərinə görə, Danielin bədənində elastiklik anadangəlmə olub. Lakin öz üzərində çalışan gənc bu qeyri-adi bacarığını tam maksimal həddə çatdırıb. 18 yaşında Daniel evdən qaçaraq sirk kollektivi ilə gözəl çıxışlar edərək, bir çox ölkələrə səyahət edib. Beləliklə, o əvəzedilməz sirk ustası adı və dünyanın ən elastiki insanı adı ilə məhşurlaşıb. Artıq bir fenomenə çevrilən Daniel, həmçinin beynində ən çətin riyazi misal və məsələləri 3 dəqiqə içərisində həll edir. Hətta yuxuda olarkən , gözünün önünə rəqəmlər, misallar və digər riyazi terminlər gəlir.
Unikal yaddaş
Unikal yaddaşa malik olan Jill Price 1965-ci ildə New York şəhərində anadan olub. Fenomen qadının sözlərinə görə, 1976-ci ildə keçirdiyi qəzadan sonra aldığı stress nəticəsində həyatının hər bir dəqiqəsini xatırlayır. Bundan narahat olan qadın 1999-cu ildə həkimlərə müraciət edir. Ona insan beyninin uzun müddət ərzində ətraflı məlumat saxlama qabilliyəti olan hiperteziya diaqnozu qoyulur. Jill Price özü bunun yorucu olduğunu söyləyir, çünki keçmiş günlər ilə bağlı xatirələr real həyatda baş verənlərə diqqət yetirməyə və daha vacib məqamları xatırlamağa mane olur.
Yuxuya həsrət qalan insan
Macar əsgəri olan Paul Kern Birinci Dünya müharibəsi zamanı başından yaralanıb. Güllə beyin payının bir hissəsini məhv edib və buna görə də macar ağrı, yorğunluq və stresss hiss etməyib, eləcə də ömrünün qalan 40 il ərzində bir dəfə də olsun yatmayıb. Çox maraqlıdır ki, buna baxmayaraq Paul özünü əla hiss edirdi.
Bionik uşaq
Bütün dünyada məşhurlaşan balaca qızcığaz Olivia Farnsvours 2008-ci ildə İngiltərənin Huddersfield şəhərində anadan olub. Bir neçə aydan sonra Oliviyanın anası körpəsinin bütün uşaqlar kimi olmadığını görür. Təzəlikcə anadan olan bu uşaq heç ağlamır və demək olar ki yatmır. Bir neçə ildən sonra Olivia bədbəxt bir qəzanın qurbanı olur. Balaca Olivia həyətdə oynayərkən yoldan keçən avtomobil tərəfindən vurulur.Lakin buna baxmayaraq, heç nə olmamış kimi təkərlərin altından sağ-salamat çıxır. Xəstəxanaya aparılan Oliviyaya həkimlər tərəfindən nadir bir genetik xəstəlik-altıncı xromosom mutasiyası diaqnozu qoyulur. Sen demə, bionik uşağın çox az yeməsi, praktik olaraq yatmaması və ümümiyyətlə ağrı hiss etməməsinə səbəb olan məhz bu nadir xəstəlik olub.
Ən uzun əlin sahibi
Sultan Koson adlı şəxs ən uzun əlin sahibidir. Buna görə o, hətta “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Türk basketbolçunun əlləri beynində aparılan əməliyyatdan sonra uzanmağa başlayıb. Əməliyyat zamanı boyun uzanmasına cavab verən hipofiz zədələnərək bu nəticə lərə səbəb olub. Gənc idmançının əllərinin uzunluğu 2,46 metrə bərabər olub. Bu qeyri-adi insan bütün dünyada tanınaraq, “İnstaqram”ın fenomeninə çevrilib.
“Rezin adam”
Əslən İngiltərədən olan Harry Turnerdə fenomen insanların siyahısına daxil olaraq, bütün dünyaya rezin insan ləqəbini alaraq tanınıb.Bu qeyri-adi insan qarnının dərisini 15.8 sm geri çəkməyə bacarığına malikdir. Əslində onun dərisinin belə elastik olaraq, rezin kimi dartılmasına səbəb olan nadir görülən ehlers-danlos xəstəliyi olub. Qeyri-adi qabiliyyətinə görə “Ginnesin Rekordlar Kitabı”na daxil olan Harry Turner hər gün çəkdiyi ağrılara baxmayaraq, heç ruhdan düşmür. Uzun illər ərzində ağrıkəsicilərdən istifadə edən “rezin insan” sirkdə iştirak edərək,bu qeyri-adi bacarıqlarını insanlara nümayiş etdirir.
“Mikroskop insan”
Maraqlı bacarıqları ilə fenomen olan insanların siyahısına Codi Ostroytu da daxil olub. Onun görmə qabiliyyəti o qədər kəskindir ki, hətta xeyli aralıqda yerləşən əşyaların cüzi detallarını seçmək iqtidarındadır. Belə ki, Con adi insanların yalnız elektron mikroskop vasitəsi ilə görə bildiklərini, heç bir vasitəsiz yaxşı görür.”Mikroskop insan” ləqəbini alan bu gənc bütün dünyada tanınaraq bir fenomenə çevrilmişdir.
Samirə Tağıyeva, “İki sahil”