02 yanvar 2021 13:35
1258

Zəfər tarixinə adını Polad kimi yazan generalımız

Bu gün Ölümü ilə Azərbaycanı Qələbəyə qovuşduran  Milli qəhrəman  general Polad Həşimovun doğum günüdür. Ona nə qədər təşəkkür etsək, azdır. 
Ölümü ilə  xalqın ürəyində böyük rəğbət qazanan general haqqında hələ çox danışılacaq. Əsrlər keçecək və tarix dərsliklərində, gələcək nəsillərə məhz Milli Qəhrəmanımızdan danışılacaq. İndi izlədiyimiz qəhrəmanlıq sujetlərinin əsas səbəbkarı da məhz  odur!
Sentyabr ayının sonlarından kim könüllü olaraq cəbhəyə yollanırdısa, hamı bir nəfər kimi qeyd edirdi ki, Polad Həşimovun  şəhadətindən sonra bu qərara gəlib. Milli Birliyimizin, Zəfərimizin qığılcımı, istiqamətləndiricisi, səbəbkarıdır Şəhid generalımız! Polad Həşimov Azərbaycanın hərb tarixinin şanlı zirvələrindəndir və bu gün döyüşdə könüllü iştirak etmiş bütün şəhidlərimiz, qazilərimiz Polad Həşimov zirvəsinə yüksəlmək üçün, onun qisasını almaq üçün müharibəyə qoşuldular. Bir general düşünün ki, ölümü ilə bütöv bir xalqı Qələbəyə apardı. 44 günlük Zəfər tarixinə adını Polad kimi möhkəm yazaraq dastana döndü.
Məkanın Cənnətdir. Cənnətin işlqlı olsun!
Orxan Vahidoğlu, "İki sahil"