05 yanvar 2021 15:52
1035

Fənərbaxça xalları səfərdə qazanır

Türkiyə Super Liqasının 16-cı  həftəsində səfərdə "Kasımpaşa"nı 3-0 məğlub edən "Fənərbaxça" səfər qələbələri ilə diqqət çəkir.

“İki sahil” xəbər verir ki, sarı-göylü komanda liqadakı 16 həftəlik dövrü nəzərə alaraq son 15 mövsümdə ən çox xalını qazanıb.

Bu mövsüm səfərdə oynadığı 8 matçda 6 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət alan "Fənərbaxça", 19 xalla bu sahədəki ən uğurlu komanda olaraq seçilir.

"Fənərbaxça" son olaraq 16 həftəlik dövr etibarilə 2005-2006 mövsümündə səfərdə ən çox xal qazanıb. Həmin il “Fənərbaxça” son oyunda xal itkisi ilə çempionluğu "Qalatasara"ya verib. Həmin mövsümün 16 həftəsində rəqib sahədə oynadığı matçlarda 7 qələbə və 1 heç-heçə edərək 22 xal qazanıb.