2020-ci ildə qlobal dövlət borcu təxminən 10 trilyon ABŞ dolları və yaxud 14,7 faiz artaraq 77,8 trilyon dollara çatıb.
Bunu "Fitch" reytinq agentliyi bəyan edib.
Məlumata görə, hazırda qlobal dövlət borcu qlobal ümumi daxili məhsulun (ÜDM) dəyərinin 94 faizini təşkil edir.
Agentlik onu da bildirib ki, ötənilki artım 2012-2019-cu illərin ümumi artımı ilə eyni olub: "Müxtəlif ölkələr dövlət borcunu sürətlə artırıb və bu, onların kredit reytinqinə mənfi təsir edib. Ötən il 33 ölkənin kredit reytinqi azaldılıb ki, bunun da 27-si inkişaf etməkdə olan ölkələrdir” (report).