06 iyun 2025 11:28
140

Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 1,1 % artaraq 69,24 ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 67,24 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,8 ABŞ dolları və ya 1,2 % artaraq 67,93 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.