Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun məlumatına əsasən yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.
Mərkəzin informasiya şöbəsindən "İki sahil"ə verilən məlumata görə, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrü ilə xarakterizə olunub. Yerli vaxtla saat 17:48:36-da qeydə alınan ilk püskürmənin davamiyyəti 3 dəqiqə 28 saniyə olub. Növbəti püskürmə yerli vaxtla saat 17:53:59-da baş verib ki, bu zaman proses 2 dəqiqə 18 saniyə davam edib. 17:58:17-də baş verən sonuncu püskürmə prosesi 7 dəqiqə çəkib. Hər üç püskürmənin dərinliyi 2 kilometr olub.
BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
"Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq
Naxçıvan Regional Qaz İstismarı İdarəsində ərazi partiya təşkilatının yığıncağı keçirilib