22 sentyabr 2026 15:48
180

Naxçıvan Regional Qaz İstismarı İdarəsində ərazi partiya təşkilatının yığıncağı keçirilib

YAP Naxçıvan şəhər təşkilatının “Nəsirəddin Tusi, 7” (Naxçıvan Regional Qaz İstismarı İdarəsi) ünvanında yerləşən ərazi partiya təşkilatında yığıncaq keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib.

Sonra yığıncaqda ərazi partiya təşkilatının sədri İlqar İsmayılovun hesabatı dinlənilib.

Daha sonra Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, “Azəriqaz” İstehsalat Birliyinin aparat rəhbəri Zaur Qəribov, Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası dahi Liderin milli dövlətçilik ideyalarına sadiq qalaraq onların həyata keçirilməsini ardıcıl şəkildə təmin edib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik dövrünün ən böyük problemi olan ərazi bütövlüyü və suverenlik məsələsini ən mükəmməl şəkildə həll edib. Ölkəmiz YAP iqtidarı dövründə dinamik inkişaf və tərəqqi yolu keçib, daxili ictimai-siyasi sabitlik sarsılmaz şəkildə möhkəmləndirilib, əhalinin sosial-iqtisadi rifahı təmin edilib. Dövlətimiz beynəlxalq arenada özünə layiqli yer tutub, regional və qlobal məsələlərin həllində fəal aktora və etibarlı tərəfdaşa çevrilib.

Çıxışlardan sonra təşkilati məsələyə baxılıb və iclas iştirakçılarının yekdil qərarı ilə Cavadov Rəşad Mübariz oğlu “Nəsirəddin Tusi, 7” (Naxçıvan Regional Qaz İstismarı İdarəsi) ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, İsmayılov İlqar Əvəz oğlu isə sədr müavini seçilib.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli ərazi partiya təşkilatının sədrini və müavinini təbrik edib, partiya üzvlərinə uğurlar arzulayıb.