19 yanvar 2021 14:51
390

Nazirliyin kollektivi COVID-19-a qarşı peyvənd olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollektivi koronavirusa qarşı vaksinasiyadan keçib.

"İki sahil" xəbər verir ki, könüllü şəkildə vaksinasiyadan keçmək istəyən Nazirliyin əməkdaşları həkim yoxlanışından sonra peyvənd olunub.

Qeyd edək ki, ötən gün Azərbaycanda başlayan vaksinasiyada Çin istehsalı olan “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.