“İki sahil” “premiumtimesng.com” saytına istinadən xəbər verir ki, “Chevron”enerji şirkətinin Nigeriya qolu Atlantik sahillərində, əməliyyatlar apardığı Funiva ofşor platforması yaxınlığında baş vermiş sızmada günahkar olmadığını açıqlayıb.
“Biz hadisə yerində müşahidələr aparırıq. "Chevron Nigeria” tərəfindən aidiyyəti qurumlara sızma barədə xəbər verilib”,-deyə şirkətin siyasət, hökumət və ictimaiyyətlə əlaqələr şöbəsinin baş meneceri Esimaje Brikinn açıqlayıb. O bildirib ki, “Chevron Nigeria” Nigeriyanın neft sənayesinin qayda və qanunlarına əməl edərək fəaliyyət göstərir, insanların və ətraf aləmin təhlükəsizliyinə təminat verir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır