Şəmkir rayonunda anbar yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliy məlumat yayıb.
Bildirilir ki, hadisə Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verib.
Hadisə zamanı ümumi sahəsi 100 m² olan anbar kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 20 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.