28 yanvar 2021 09:40
864

Baş nazir açıqladı: Böyük Britaniyada karantin müddəti…

Böyük Britaniyanın Baş nazir Boris Conson fevralda bitməsi düşünülən karantin müddətinin uzadılacağını açıqlayıb.

“İki sahil”in məlumatına görə, o deyib ki, virusa yoluxmada və ölüm saylarında azalma müşahidə edilmədiyi üçün müddətin uzadılmasına qərar verilib. Conson məktəblərin ən tez martın 8-dən sonra açılacağını bildirib.

Qeyd edək ki, Krallıqda Milad bayramından sonra bütün məktəblər, ticarət mərkəzləri, vacib olmayan mağazalar və idman mərkəzləri bağlanıb.