19 fevral 2021 18:02
1581

Sarkisyanın müharibə çağırışları ac toyuğun yuxuda darı görməsinə bənzəyir

Ermənistanın eks- prezidentinin təxribatları iqtidarda olduğu müddətdə törətdiyi cinayətlərini gizlətmək naminə məkrli gedişlərdir 

Kənddə, şəhərdə, məhəllədə,  qohum- əqraba arasında  pis niyyətli, insani keyfiyyətlərdən uzaq,  başqalarına əziyyət verən adam haqqında danışanda  «Bir  dananın  naxırı korlaması» məsəli yada düşür.

Bu məsəli ermənilərə şamil etsək, onda belə təsəvvür yaranır ki, əsli, kökü bilinməyən ermənilər bütünlüklə  çıxdaş olunmalı naxır,  başının üstündən dəyənək  əskik olmayan rəzillik sürüsüdür. 

Erməni yazıçısı  Akop Melik Akopyanın qeyd etdiyi kimi, kilsə qaynaqlarından başqa ədəbiyyatı, tarixi  olmayan xalqını illərdən bəri yalan təbliğatları ilə aldadan daşnakların törətdikləri qətliamlar, terrorlar, işğalçılıq, zülmkarlıq, cinayətkarlığı milli  xarakter kimi yaşatmaq, məslək kimi sadiq qalmaq,  qonşuların ərazilərinə, maddi-mənəvi sərvətlərinə yiyələnmək, yalan və böhtanlarla istədiklərinə nail olmaq  erməniliyin  mahiyyətini tamamlayır. «Ermənilik nədir» sualının tək və izahsız cavabı budur: «Ermənilik insanlığa qarşı xəyanət,  cinayətdir.»    Tarixən xarici havadarlarından, kilsələrdən topladıqları  vəsaitləri çirkin niyyətləri naminə  sərf edən ermənilərin əsas məqsədləri insanları qətlə yetirmək, başqalarının ərazilərinə sahib çıxmaq olub.  Daşnakların ümumi çağırışı isə belədir: «Günahkar, cani  ol. Amma ermənilərin saxta  iddialarını dəstəkləmək üçün maliyyə dəstəyi göstər.»

Bu cür mənfur niyyətlərini etiraf edən daşnakların ideoloqu Zori Balayan yazır: « 1828-ci ildə  imzalanan Türkmənçay müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə  yeni erməni yurdu olmayacaqdı.» Daşnakların belə  mənfur niyyətlərindən,  davamlı olaraq törətdikləri terrorlardan ən çox əziyyət çəkən  türk və Azərbaycan xalqlarıdır. Ermənistanın sabiq prezidentləri Robert Koçaryanla Serj Sarkisyanın da iştirak etdikləri  ASALA kimi digər erməni terror təşkilatlarının törətdikləri  terrorlar daha dəhşətli olmuşdur.

Vətən müharibəsində Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın «yaratdıqları»  oyuncaq ordunun tamamilə məhv edilməsini, fərarilərin və  ölənlərin sayının artmasını,  Nuh əyyamından qalma hərbi texnikalarının , silah-sursatlarının dağıdılmasını, Azərbaycan əsgərləri tərəfindən girov götürülməsini, ən nəhayət təslimçilik aktına qol çəkilməsini həzm edə bilməyən erməni quldurları yenə də sərsəmləyirlər.

 Xocalı soyqırımının törədilməsində iştirakını dəfələrlə etiraf edən Ermənistanın eks-prezidenti  Serj Sarkisyan  «Armnews»” telekanalına verdiyi müsahibəsində  44 gün davam edən müharibədə «İsgəndər»” raketlərindən  müharibənin ilk günlərindən istifadə edilməməsini  xələfi baş nazir Nikol Paşinyana bağışlamır. Bu insan cəlladı  «İsgəndər»lərdən müharibənin dördüncü-beşinci günü, Azərbaycan Horadizdə və digər bölgələrdə böyük canlı qüvvə toplayanda”  istifadə etməməyi  qaçırılmış fürsət adlandırır. Qana həris Serj  Azərbaycanın təşəbbüsləri ilə reallaşan neft və qaz infrastrukturunun  uzunmənzilli silahlarla sıradan çıxarılmamasından da  «təəssüflənir.»

 Müttəfiqlərindən aldıqları  bu təhlükəli silahdan istifadə etməklə daha çox azərbaycanlının ölümünü istəyən Sarkisyan kimi  Ermənistanın faşist təxəyyüllü  cəladlları   məğlubiyyətləri ilə barışmaq istəmirlər.

Bütün niyyətlərindən qan iyi gələn ermənilərin gorbagor babaları- qulağı kəsik Andronikə, faşist cəlladı Njdeyə  sədaqətlərini əks etdirən, milli xarakterləri  kimi nəsildən-nəslə keçən  təxribat xarakterli çağırışları səngimək bilmir.  

Ötən əsrdə  azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımı törədən ermənilər xalqımıza məxsus humanizmdən, qonaqpərvərlikdən istifadə edərək torpaqlarımızı zəbt ediblər.  Vaxtilə qonşu dövlətlərdən çıxarılan , Azərbaycana yerləşdirilən,  qonaq kimi   xoş münasibət göstərilən, süfrələrimizin başında  əyləşdirdiyimiz daşnakların xalqımızın  xeyirxahlığına   cavabı 1905-1907-ci, 1918-ci illərdə törətdikləri soyqırımlar oldu. Dağlıq Qarabağ münaqişəsini başlayan, ilk mərhələ kimi  Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı zorla   doğma torpaqlarından çıxaran, etnik təmizləmə siyasətlərini başa çatdıran, havadarlarının dəstəyi ilə    azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri  Xocalıda da davam etdirən erməni cəlladları törətdikləri tükürpədici qətliamlarla indiyədək  dünyada baş verən soyqırımlarını arxada qoydular. Xocalı soyqırımında  günahsız insanları görünməmiş qəddarlıqla  öldürən, yandıran,  əməlindən peşman olmadığını etiraf edən Sarkisyan qan qoxusu duyulan çağırışları ilə yenə də erməniləri təxribata sürükləyir. Torpaqlarımızı işğaldan azad edən  Müzəffər Ordumuzun qələbəsini  özünün formalaşdırdığı ordunun birdəfəlik məhvi kimi qəbul etməyən Sarkisyanın  yeni müharibə ilə bağlı  çağırışlarını ermənilər də qəbul etmirlər. Ermənistana rəhbərlik etdiyi  illərdə  korrupsiyanı «çiçəkləndirən» Sarkisyan bu cür təxribatları ilə günahlarını ört-basdır etməyə çalışsa da, onun törətdiyi cinayətlərin açılmasını tələb edən ermənilər aksiyalarını davam etdirirlər.

Amma həqiqət budur ki, erməni faşizmini məhv edən Azərbaycan Ordusunun rəşadəti, qüdrəti qarşısında  sarkisyanların təxribatları qaniçənlərə xas xəyalpərvərlikdir.   

«Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”» söyləyən Prezident İlham Əliyevin dəmir yumruğu  sarkisyanların başı üzərindədir.

Xuraman İsmayılqızı, «İki sahil»