09 fevral 2021 15:14
858

Namiq Əhmədov ilk partiya təşkilat sədrləri ilə online görüş keçirib

9 fevral 2020-ci il tarixində YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov  ilk partiya təşkilat sədrləri ilə online görüş keçirib.

"İki sahil" xəbər verir ki, YAP Xəzər rayon təşkilatı tərəfindən görülən işlər barədə danışan N. Əhmədov qarşıda duran vəzifələrdən söhbət açıb. Həyata keçirilən islahatlardan, şanlı qələbəmizdən və ölkəmizin koronovirusa qarşı mübarizəsindən danışan təşkilat sədri bildirib ki, Prezident İlham Əliyevin fərmanlarına əsasən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş Dövlət proqramlarının icrasının vaxtında və tam həcmdə yerinə yetirilməsi ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına böyük təkan verib. “Bundan başqa, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə əməkhaqqı və təqaüd sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və ölkənin gələcək dövrdə sosial-iqtisadi inkişafı üçün digər strateji əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi xüsusilə vurğulanmalıdır”,- deyə N.Əhmədov qeyd edib.

Partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm YAP-ın, həm də dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən N. Əhmədov islahatlar nəticəsində dövlətimizin günü-gündən inkişaf etdiyini, insanların rifah halının yaxşılaşdığını diqqətə çatdırıb.  

Röya Rasimqızı, "İki sahil"