09 fevral 2021 17:04
1325

Artezian quyuların istismarı ilə bağlı qaydalar hazırlanır

“Subartezian, artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı ilə bağlı qaydalar hazırlanır”.

“İki sahil” xəbər verir ki, bunu “Ekspert saatı”nda  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, hər bir fiziki və ya hüquqi şəxs sənədlə tanış olduqdan sonra qanunvericiliyin tələblərinə əməl etməyə borcludur: "Quyuların qazılması icazə əsasında həyata keçirilir. Əgər həmin ərazidə yerüstü sular kifayət qədərdirsə, orada yeraltı suların qazılmasına icazə verilmir. Yalnız həyətyanı sahədə kiçik dərinlikdə qrunt sularının çıxarılmasına icazə verilir. Bu da qanunvericiliklə tənzimlənir”.