01 iyul 2025 08:58
102

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri səhər saatlarında dəfn üçün Ağcabədi rayonuna gətirilib.

“İki sahil” xəbər verir ki, Ağcabədi şəhəri Xəlfələddin küçəsində keçiriləcək vida mərasimindən sonra mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.