“Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. Bu tədbir təməli 10 il bundan öncə qoyulmuş layihə tam istifadəyə verildikdən sonra CQD Məşvərət Şurasının ilk iclası kimi yadda qalacaq. Cənub Qaz Dəhlizi Layihəsi XXI əsrin ən böyük enerji layihəsidir. Belə bir layihəni gerçəkləşdirmək Azərbaycana nəsib oldu. Azərbaycan Qərbin on illər boyu arzuladığı bir layihəninin yüksək səviyyədə reallaşdırılmasını təmin etdi. Bununla da dünyada sözünü tutan və lazım gəldiyi hallarda iradəsini ortaya qoyub məqsədinə nail olmağı bacaran bir dövlət imici yaratdı. Belə dövlətlə dünya siyasi müstəvisində hər bir tərəf hesablaşmağa məhkumdur”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
Ekspert bildirib ki, bundan sonra biz yeni regional enerji layihələrinin reallaşdırılmasına heç bir çətinlik çəkmədən rəvac verə biləcəyik: “Çünki təməli 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qoyulmuş Azərbaycanın enerji strategiyası çərçivəsində dövlətimiz Bakı Tbilisi Ceyhan və Cənub Qaz Dəhlizi kimi nəhəng və eyni zamanda reallaşdırılması mürəkkəb olan layihələri uğurla həyata keçirdi. Biz belə nəhəng layihələri uğurla reallaşdıraraq, Qərbin bütün varlığı ilə istədiyi Xəzərin digər enerji resurslarının Qoca qitəyə çatdırılması layihələri üçün geniş qapı açmışıq. Heç şübhəsiz, gələcəkdə Türkmənistan və Qazaxıstan qazının Avropa bazarlarına çatdırılması üzrə yeni transmilli layihələr də Azərbaycanın təşəbbüsü, rəhbərliyi və idarəçiliyi altında baş tutacaqdır. Bu isə o deməkdir ki, Azərbaycan Qərb üçün öz əhəmiyyətini daha da artıracaq. Belə layihələr Azərbaycanın dünya siyasi müstəvisində gücünə güc qatacaqdır."
Nigar Orucova, “İki sahil”
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib