23 fevral 2021 14:00
901

Ronaldodan möhtəşəm 21-ci əsr rekordu

“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo unikal rekorda imza atıb.

"İki sahil" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının hesabatında bildirilib. 36 yaşlı oyunçu 21-ci əsrdə 1000-dən çox oyun keçirən ilk futbolçu kimi tarixə düşüb.

O, 21-ci əsrdə çıxış etdiyi klublar və milli komandada indiyədək ümumilikdə 1047 matç keçirib.

Reytinqdə ikinci yeri 974 oyunla “Real” və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas tutur. Amma Kasilyas 20-cü əsrdə də 74 matçda meydanda olub. Əgər bütün oyunları hesablasaq, Kasilyas Ronaldodan bir oyun artıq keçirib (1048).

Üçüncü yeri isə hazırda “San-Paulu”da oynayan Dani Alves tutur (21-ci əsrdə 969 oyun).

İlk onluqda sonrakı yerlər isə belədir:

4. Xavi (937 oyun 21-ci əsrdə + 80 oyun 20-ci əsrdə)
5. Yasuxito Endo (909 + 84)
6. Zlatan İbrahimoviç (907 + 9)
7. Rocerio Seno (904 + 310)
8. Lionel Messi (902)
9. Canluici Buffon (852 + 212)
10. Xavyer Zanetti (717 + 383).