ABŞ-ın Texas ştatının Kameron şəhərində bu gün səhər qatarla yük avtomobilinin toqquşması nəticəsində güclü partlayış baş verib və ardınca yanğın olub.
“İki sahil” xəbər verir ki, qatar kömür və benzinlə yüklü olub. Milam qəzasının şerifi Kris Uayt ölən və xəsarət alanın olmadığını deyib.
Ətrafda azı bir yaşayış evinin yandığı bildirilir. Hadisə yerinə həm yerli, həm də qonşu şəhərlərin yanğın xidmətləri və könüllülər cəlb edilib. Yaxınlıqda yaşayan yaşlı sakinlər təxliyə olunub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə hərbi əməliyyata başlayıb
Maduro: Venesuela ordusu bu il 39 narkotik qaçaqmalçılığı təyyarəsini məhv edib
Yük qatarının qəzaya uğraması dəmir yolu nəqliyyatında ciddi çətinliklər yaradıb