24 fevral 2021 01:48
1475

“Xocalı harayı” adlı şeir müsabiqəsi keçirilib

Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Salyan Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Xocalı harayı” adlı onlayn şeir müsabiqəsi keçirilib.
"İki sahil" Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqənin məqsədi faciə qurbanlarının xatirəsinin yad olunması, bu qanlı qırğın haqqında məktəblilərin məlumatlandırılması, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması olub.
Böyük maraqla qarşılanan müsabiqənin qalibləri və fərqlənən iştirakçıları Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif ediliblər.