25 fevral 2021 22:54
1080

Azərbaycanlı qardaşlarımızdan üç qazini biz müalicə edirik - Fəxrəddin Qoca

“Azərbaycanlı qardaşlarımızdan üç qazini biz müalicə edirik”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə ilə bağlı nazirliyin nəzdində fəaliyyət göstərən Elm Qurumunun növbəti müzakirəsindən sonra baş tutan brifinqdə dilə gətirib. Nazir bildirib ki, qazilərin vəziyyəti kritik deyil: “Səhiyyə ilə bağlı ikitərəfli müqavilələrimiz var. O çərçivədə dörd xəstə müalicə olunur. Azərbaycanlı qardaşlarımızı öz vətəndaşlarımızdan əsla ayırmırıq.

Öhdəmizə düşən nədirsə,onu etmək məsələsində həssaslıq göstəririk. Həm pandemiya dönəmində, həm də daha əvvəl sağlamlıqla bağlı edilməli olan hər əməkdaşlığa açıq idik və bu, bundan sonra da belə olacaq”.