Slovakiya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Rustəm Rustəmovun təşəbbüsü ilə ölkənin nüfuzlu "Hlavny Dennik" xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Birinci Qarabağ müharibəsinin başqa üzü" sərlövhəli məqalə yerləşdirilib.
“İki sahil”in məlumatına görə, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalıda mülki azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdiyi, bu amansız və qəddar cinayətin beynəlxalq sənədlərdə təsbit edildiyi, faciə ilə bağlı dünyanın aparıcı KİV-lərində xəbərlərin dərc edildiyi barədə geniş məlumatlar verilib.