27 fevral 2021 15:45
1120

Şoyqu Vaqarşak Harutyunyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri Vaqarşak Harutyunyanla telefon danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, söhbət əsnasında tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, bölgədəki mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda tapşırıqları yerinə yetirdiyi əraziləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.