01 mart 2021 18:20
1219

Estoniya portalında Xocalı soyqırımı barədə məqalə dərc edilib

Estoniyanın “Postimees” xəbər portalında bu ölkənin yazıçısı Kersti Kivirüütün Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məqaləsi yayımlanıb.

"İki sahil" xəbər verir ki, məqalədə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilir, bu faciənin insanlıq əleyhinə cinayət olduğu bildirilir. Müəllif Xocalı şahidlərinin ermənilər tərəfindən başlarına gətirilən işgəncələri dürüstlüklə anlatdıqlarına diqqəti cəlb edib.

Məqalənin müəllifi hesab edir ki, müharibə və soyqırımı günahkarları mühakimə edilənə və Xocalı qətliamı beynəlxalq hüquqa əsasən soyqırımı elan olunana qədər xocalıların yaraları sağalmayacaq. Qeyd edib ki, insan hüquqlarını müdafiə edən qurum kimi Avropa İttifaqı hərbi cinayətkarların ədalət mühakiməsinə verilməsini Ermənistandan tələb etməlidir, çünki bu, birliyin mənəvi borcudur.