03 mart 2021 09:54
1017

Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza ölkəmizdə bir sıra görüşlər keçirəcək.