04 mart 2021 13:03
804

Azərbaycan dünyada 38-ci olub

Azərbaycan iqtisadi azadlıq indeksi reytinqində dünyada 38-ci olub

ABŞ-ın "The Heritage Foundation" strateji tədqiqat institutu tərəfindən hazırladığı 2021-ci il iqtisadi azadlıq reytinqində Azərbaycan 178 ölkə arasında 70,1 bəndlə 38-ci yerdə qərarlaşıb.

"İki sahil" xəbər verir ki, ölkə üzrə göstəricilər dövlətin inteqrasiyası nəticəsində 0,8 bənd artıb. Avropa üzrə orta göstərici ilə eyni olan Azərbaycanın göstəricisi dünya ortalaması ilə müqayisədə 8,5 bənd çoxdur. İnstitutun tədqiqatında qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı daha geniş iqtisadi azadlıqdan faydalanmağa davam edir və artıq əsasən tam azad iqtisadiyyatlar kateqoriyasına yüksəlib. Bu statusu qorumaq üçün hökumətin mülkiyyət hüquqları, məhkəmə sisteminin səmərəliliyi və dövlətin inteqrasiyası artırmalıdır.

Xatırladaq ki, reytinqin ilk üçlüyünə Sinqapur (89,7), Yeni Zelandiya (83,9) və Avstraliya (82,4) daxil olub. Siyahının autsayderləri sırasında isə Kuba (28,1), Venesuela (24,7) və Cənubi Koreya (5,2) yer alıb.