04 mart 2021 15:43
1077

Ağlamağın həll etdiyi 5 problem

İnsanların bir çox fərqli hissləri var və bu hisslər bəzən fiziki olaraq da yaşana bilər. Sevindiyimiz zaman gülmək, kədərləndiyimiz zaman ağlamaq kimi. Təkcə kədərli hiss etdiyimiz zaman ağlamırıq, həm də sevincli olanda və ya qorxan zaman da ağlaya bilirik. Ağlamağa neqativ və ya pozitiv hisslər səbəb ola bilir.

Amma hələ də dünyada ağlamağı zəiflik olaraq qəbul edən insanlar mövcuddur. ABŞ-da aparılan bir araşdırmada qadınların ay ərzində 3.5 dəfə ağladıqları müəyyən olunub. Kişilərdə isə 1.9 dəfə sadəcə göz yaşı axıtdıqları müəyyənləşib. Ağlamağa ehtiyacınız olduğunu düşünürsünüzsə, göz yaşlarınızı geri çəkməyin. Çünki bu sağlamlığınız üçün faydalıdır.

Stress
Cəmiyyətin ən böyük problemlərindən biri stressdir. Xüsusilə, böyük şəhərlərdə, nəqliyyat, iş və ev həyatında yaşadıqlarımız bizi stressə sala bilər. Stresslə mübarizə aparmağın yollarından biri ağlamaqdır. Bu mövzuda aparılan araşdırma ağlamağın stressə kömək etdiyini təqdiqləyib. Amma ağlamaq stressə həmin an təsir etmir, bədənin rahatlaşması üçün bir neçə dəqiqə də gözləmək lazımdır.

Qan təzyiqi
Qan təzyiqinin artması iflic, infarkt, ürək çatışmazlığı və hətta böyrək çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinə yol aça bilir. Araşdırmalar göstərir ki, ağlamaq sadəcə təzyiqi aşağı salmaqla kifayətlənmir, həm də onu tarazlıqda saxlamağa kömək edir. Amma gərgin ağlama seansı nəbzə pis təsir edir.

Yığılan toksinlər
Stress və pis qidalanma ilə bədənimizdə bir çox toksin yığılır. Ağladığımız zaman bu toksinlər bədənimizdən atılır. Ağlayan zaman gözümüzdən axan göz yaşlayı, toz və duman kimi şeyləri gözlərimizdən təmizləyir. Digər tərəfdən ağladığımız zaman bədənimizdə yığılan toksinləri də bədəndən xaric edir. Bu şəkildə ağladığımız zaman bədəndəki kortizol (stress hormonu) səviyyəsi düşür və ruh halımız daha sakit olur.

Ruh halı
Zamanla fərqli ruh halları yaşamağımız normaldır. Hətta bəzən o qədər aqressiv oluruq ki, özümüzü tanıya bilmirik. Ruh halımızda olan bu dəyişiklərin bir səbəbi olur. Bəzən də olmur. Ruh halımızı sakitləşdirməyin ən asan yollarından biri ağlamaqdır.

Ağrı
Fiziki ağrı hiss etdiyimiz zaman özümüzdən asılı olmayaraq gözümüzdən yaş gəlir. Bu, bədənin ağrını azaltmaq üçün işə saldığı mexanizmdir. Araşdırmalar öz-özünə göz yaşı axıtmağın oksitosin və endorfin ifraz etdiyini müəyyənləşdirib. Bu maddələr insanın özünü daha yaxşı hiss etməsinə kömək edir. Həm fiziki, həm də duyğusal ağrını yüngülləşdirir.

Röya Rasimqızı, "İki sahil"