04 mart 2021 14:45
1065

Keçmiş hərbçilər etiraz aksiyalarına başlayır

Ermənistanda ehtiyatda olan hərbçilər martın 6-da ölkənin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirəcəklər.

“İki sahil” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə bir qrup keçmiş hərbçinin müraciətində bildirilib.

Məqsəd baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyana dəstək verməkdir.

Onlar Ermənistan ordusunun veteranlarını, keçmiş hərbçiləri mitinqdə iştirak etməyə çağırıblar.