04 mart 2021 20:26
1013

Britaniya ştammı neçə ölkədə aşkarlandı?

COVID-19 virusunun Böyük Britaniya ştammı (B.1.1.7) Avropanın 43, Cənubi Afrika variantı (B.1.351) 26, Braziliya variantı isə (P1) 15 ölkəsində aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge Kopenhagendə keçirdiyi brifinqdə bildirib. Virusun yayılmasını əngəlləmək üçün peyvəndləmənin əhəmiyyətini dilə gətirən H.Klüge bunun sayəsində əksər risq qruplarında yoluxma və ölüm hallarının artıq xeyli azaldığını qeyd edib. “Koronavirusun regionda yayılma əmsalının yüksək olması, həmçinin yeni variantlarının sürətlə yayılması üçün test keçməyi, yoluxanların təcridini, təmasların izlənməsi işləri təkmilləşdirilməlidir”, – ÜST rəsmisi vurğulayıb.