04 mart 2021 20:46
958

ABŞ-ın bu ölkədən neft idxalı artıb

ABŞ-a Səudiyyə Ərəbistanından xam neft idxalı fevralın 26-da sona çatan həftə ərzində 2,5 dəfə artaraq gündəlik 368 min barelə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə “angi.ru” portalı ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına istinadən məlumat verib. EIA qeyd edir ki, bu, 2020-ci ilin noyabrından bəri maksimum idxal həcmidir. Xatırladaq ki, yanvarın 1-də bitən həftədə ABŞ-ın Səudiyyə Ərəbistanından neft idxalı son 35 ildə ilk dəfə sıfır həddinə düşmüşdü. Maksimum idxal həcmi – 2,047 milyon barel/gün – isə 2012-ci ilin ilk həftəsində qeydə alınıb. “Citi” analitikləri hesab edirlər ki, ABŞ 2,2 milyon barel/gün göstərici ilə keçən həftə sırf xam neft idxalçısı olub.