25 may 2018 00:31
7350

Orucluqda ağızdan pis qoxu gəlməmək üçün nə etməli?

Ramazan ayında uzun müddət ac qalmaq və gün ərzində maye qəbul etməmək ağızdan pis qoxu gəlməsinə səbəb ola bilər.

“Ölkə.Az” xəbər verir ki, bu qoxunun qarşısını almaq üçün aşağıdakılara əməl etmək lazımdır.

Ağız qoxusuna səbəb çürük diş və diş əti problemi ola bilər. Bu qoxunun ən böyük səbəbi dişlərdə və ağız boşluğunda bakteriya artıqlarının birləşmələrindən yaranır. Ramazanda isə uzun müddət ac qalmaq bu qoxunu artırır. Bundan başqa  həzm sistemi, badamcıqlar, farengit və ciyər problemləri də ağız qoxusuna səbəb ola bilər.

Sahurdan sonra ağız sağlamlığına diqqət edin

Oruc tutanda qidalanma prosesi tamamilə dəyişir və insan uzun müddət ac və susuz qalır. Ac qalanda isə ağızda bakteriyalar çoxalır, diş çürükləri artır. Sahurdan sonra dişləri diqqətlə təmizləyin, bu bakteriyaları azaldır.

Diş fırçası və ipdən istifadə edin

Yeməkdən həmən sonra dişi fırçalamaq əvəzinə, bir saat sonra dişləri fırçalayın. Bakteriyalar azalır. Eyni zamanda diş ipindən də istifadə etmək bakteriyaların azalmasına səbəb olur.

Stress ağız qoxusuna səbəb ola bilər

Qoxunun qarşısını almaq üçün diş əti xəstəlikləri, çürük diş, qoyulmaq dişləri yoxlatdırmaq lazımdır. Bundan başqa stress ağız suyunun azalmasına, bu isə ağız qoxusuna səbəb ola bilər. Stress orqanizmlə yanaşı diş və ağıza da ziyan vurur.

Ədəvalı yeməklərdən uzaq durun

Ədəvalı yeməklər ağız quruluğuna səbəb olur. Bundan başqa ədəva tər və nəfəs yolu ilə ifraz olunur. Bu isə pis ağız qoxusunu artırır. 

Bir bardaq çay əvəzinə bir dilim meyvə

Sahurda istifadə edilən çay və qəhvə, ədəvalı qidalar ağız quruluğunun artmasına səbəb olur. Bunların əvəzinə  təzə sıxılmış meyvə suyu, meyvə-səbzə və taxıllı qidalar istifadə etmək məsləhət görülür. Belə qidalar ağız suyunu sürətləndirir.

Süd məshullarından çox istifadə etməyin

İstifadə edilən qidalar ağız qoxusu ilə əlaqəlidir. Süd məhsulları bir çox halda ağız qoxusuna səbəb olur. Tox saxladığı üçün sahurda qəbul edilən pendir və yumurta ağız qoxusuna səbəb olur. Pomidor kimi tərkibində su miqdarı çox olan tərəvəzlər ağız qoxusunun azalmasına səbəb olur.

Başqa məsləhətlər

1.Ağız quruluğu ağız qoxusunun artmasına səbəb olur. Gün ərzində ağzınızı su ilə yaxalayın;

2.Ağız təmizliyinə diqqət göstərin. Dişləri və dili təmiz saxlayın;

3.Sarımsaq və soğan kimi qoxunu artıran qidaları çiy qəbul etməyin;

4.Enerji içkilərindən uzaq durun;

5.Loxmaları mümkün qədər çox çeynəyin;

6.Ət və ət məhsullarından çox istifadə etməyin.