Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyidir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “İki sahil”ə verilən məlumata görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov deyib.
O bildirib ki, sərhədçilərimiz hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövlət maraqlarını ən yüksək səviyyədə qoruyur.