Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə öz doğma xalqına münasibətini, saxtakarlığını, antimilli xislətini bir daha ortaya qoydu. Başdan-ayağa yalan, iftira üzərində qurulan bu film düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Filmdə azərbaycanlıları aşağılamaq, erməniləri isə qəhrəman xalq kimi qələmə vermək onun ermənidən heç bir fərqi olmadığını göstərdi.
Mövzu ilə bağlı mətbuata açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, bununla Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana qarşı öz həqiqi münasibətini ortaya qoydu: “Çəkdiyi “Qafqaz üçlüyü” filmində onu böyüdən və dəstək verən Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, torpaqlarımızı işğal edən və başımıza Xocalı faciəsini gətirən ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edib”.
Deputat, diqqətə çatdırdı ki, onun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir, ancaq o bu yoldan əl çəkmək istəmir: “Bu nifrət və küdurətlə o, hətta Azərbaycanda prezident də olmaq istəyirdi. Yəqin ki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdiriliməsi olacaqdı...
Mənsumə Babayeva, “İki sahil”
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib