07 mart 2021 20:22
3364

Polis Şöbəsinə yeni rəis təyin edilib

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

“İki sahil” Unikal.org-a istinadla xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib.