Ağstafada ümumi sahəsi 3800 kvadratmetr olan taxıl və un anbarları istifadəyə veriləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 2014-cü ilin iyul ayında “Ağstafa-Aqroservis” MMC tərəfindən özündə istehsal-emal korporasiyasını cəmləşdirən mühüm bir layihənin təməli qoyulub. Tikilməkdə olan kompleksə 30 min ton taxıl anbarı, saatda 5 ton emal və istehsal gücünə malik un və çörək zavodları, şirniyyat məhsulları istehsalı üzrə fabrik və iaşə xidməti daxildir. Birinci mərhələ çərçivəsində yaxın aylarda un və taxıl anbarlarının istifadəyə verilməsi planlaşdırılır.