29 fevral 2016 17:07
405

Berlində təyyarə təcili eniş etdi...

Bəy və dostlarının qaldırdığı səs-küyə görə Berlində təyyarə təcili eniş etməli olub.

Məlum olub ki, 12 britaniyalı İngiltərədən Slovakinoya gedirmiş. Münaqişə stuardessanın gənclərə alkoqollu içki gətirməkdən imtina etməsindən sonra baş verib. Bundan sonra oğlanlar özlərini aqressiv aparmağa başlayırlar.

Təhlükəsizlik naminə hava gəmisinin kapitanı təyyarəni dərhal yaxınlıqdakı aeroportda endirmək barədə qərara gəlib.
 
Bəy də daxil olmaqla 12 gəncdən 6-sı həbs olunub. Qanun pozucuları 25 min dollar cərimə ödəməlidirlər.